Bakıda AŞPA-nın xüsusi dinləmələri keçiriləcək Siyasət

Bakıda AŞPA-nın xüsusi dinləmələri keçiriləcək

İyunun 2-də AŞPA-nın Bakıda keçiriləcək xüsusi dinləmələri zamanı Azərbaycanda iş yerlərində ayrı-seçkiliklə mübarizə göstəriciləri və dövlət qulluğunda göstərilən xidmətin effektivliyi əsas müzakirə mövzuları olacaq.
AŞPA-nın rəsmi saytının verdiyi məlumata görə, xüsusi dinləmələr AŞPA-nın İctimai məsələlər üzrə Komitəsi və Milli Məclis tərəfindən təşkil edilib.
Dinləmələr zamanı iş adamları, həmkarlar ittifaqlarının nümayəndələri, parlamentarlar Azərbaycanın bu sahədə qanunvericilik təcrübəsinə baxış keçirəcək. Sosial hüquqlara dair Avropa Komitəsi mütəxəssislərinin rəyləri əsasında bu göstəricilərin Avropa Şurası standartlarına uyğunlaşdırılması istiqamətində nələr edilə biləcəyi müzakirə olunacaq. Digər ölkələrdən olan parlamentarlar azərbaycanlı həmkarları ilə bu sahədə ən yaxşı təcrübəni bölüşəcək.
Qeyd edək ki, AŞPA-nın İctimai məsələlər üzrə Komitəsi 2015-ci ildə "Şərq Tərəfdaşlığı" ölkələrinin iştirakı ilə Moldovada regional seminar keçirib.