Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
17 Aprel 19:12
2 856
Rusiya Azərbaycana və Ermənistana sülh prosesində yardım göstərməyə hazır olduğunu bir daha təsdiqləyir.
Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Nyus.ru”nun sualını cavablandırarkən bildirib.
O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə əldə etdikləri razılaşmaların öz aktuallığını tam qoruyub saxladığını xatırladıb.
"Biz bunu hər həftə suallara cavab verərkən təkrarlayırıq. Çoxtərəfli formatda tam qarşılıqlı fəaliyyətin tezliklə bərpası, əlbəttə ki, Cənubi Qafqazda davamlı sülhün və rifahın bərqərar olmasına kömək edərdi. Əlbəttə, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas istiqamətlərində yardım göstərməyə hazırıq", - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi ilə müvafiq üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması istiqamətində müsbət irəliləyişlər əldə edilib.
"Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində öz təcrübəmizi bölüşməyə hazırıq. Hesab edirəm ki, bu sahədə mütəxəssislərimiz postsovet məkanında ən yaxşılardan biri kimi tanınır. Bizim unikal kartoqrafik materiallarımız var, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi illərində yığılmış humanitar məsələlərin həllində də kömək edə bilərik. Ümumiyyətlə, yalnız şad olarıq. Amma bir daha deyirəm, yeni bir şey söyləməyəcəyəm. Azərbaycanlı və erməni dostlarımıza münasibətlərin normallaşması prosesini irəli aparmaqda kömək etməyə həmişə şadam", - o əlavə edib.
25 Oktyabr 22:16
1 568
25 Oktyabr 15:27
1 575
25 Oktyabr 10:20
1 666