“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
18 Aprel 2025 10:49
2 716
Azərbaycan münaqişəyə məsuliyyətli dövlət idarəçiliyi sayəsində son qoymağı bacardı.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində Qarabağ Universitetində çıxışı zamanı deyib.
Prezident köməkçisi bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa tarixi mərhələsinə qədəm qoyur:
“Azərbaycana qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq. Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.