“Tərəflər arasında danışıqların formatı və gündəliyi üzrə fikir ayrılıqları var”
“Erkən nikah qurbanları insan alveri üçün potensial hədəfdir” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN: Maskat görüşü Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındı
18 Aprel 2025 11:30
3 920
Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
“32 il əvvəl, 1993-cü il aprelin 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 dinc azərbaycanlı kənd işğal edildikdən sonra 18 gün ərzində sığınacaq axtardıqları dağ mağaralarında aşkar edilərək vəhşicəsinə qətlə yetirilib. 14 nəfər isə girov götürülüb.
Bu qətliam Ermənistanın azərbaycanlıları öz ata-baba yurdlarından qovmağa və ərazi iddialarını irəli sürməyə yönəlmiş uzunmüddətli etnik təmizləmə, terror və təcavüz siyasətinin tərkib hissəsi idi.
Biz Başlıbel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad edirik və bir daha təsdiq edirik ki, insanlığa qarşı törədilən bu cür cinayətlər heç vaxt unudulmamalı və ya cavabsız qalmamalıdır”.
11:39
329
11:37
329
10:56
574