Millət vəkilləri ATƏT PA-nın sabiq sədri ilə görüşüblər Siyasət

Millət vəkilləri ATƏT PA-nın sabiq sədri ilə görüşüblər

Bu gün Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentinin üzvü Rikardo Miqliori ilə görüşüblər.
Bu barədə BayMedia-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
Görüşdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov, Qüdrət Həsənquliyev və İlham Əliyev iştirak ediblər.