“Elçibəy hər zaman yaddaşlarda qalacaq” Siyasət

“Elçibəy hər zaman yaddaşlarda qalacaq”

Niyaməddin Orduxanlı: "Ola bilsin Ağabəy Əsgərovun psxoloji problemi var"

"Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov bu dəfə Elçibəylə yanaşı onu müdafiə edənləri də təhqir edib: "Əbülfəz Elçibəy prezident yox, fərari olub. Mən Əbülfəz Əliyevlə Əlyazmalar İnstitunda bir yerdə çalışanda Fazil Mustafayev aşırmalı şalvar geyinib, pioner qalstuku ğtaxırdı". O, həmçinin bildirib ki, Almurad Əliyev xəstə qardaşının yatağından 150 min dollar pul oğurlayıb.
Xatırladaq ki, Ağabəy Əsgərovun ilk müsahibəsindən sonra ona Almurad Əliyev, Fazl Mustafa və digərləri cavab verib. Fazil Mustafa onun ittihamlarını tərbiyəsizlik adlandırıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, Milli Azadlıq Hərəkatının lideri, eks prezident, dünyasını dəyişmiş Əbülfəz Elçibəyi aşağılamaq, təhqir etmək xəstə adamın işidir. Onun sözlərinə görə, Əbülfəz Elçibəyin bu millət qarşısında xidmətləri hər zaman yaddaşlarda qalacaq: "Xalqızmız hər zaman Azərbaycana xidmət etmiş insanları unutmayacaq və onların xidmətlərini qeyd edəcək. Görünür Ağabəy Əsgərov da tarixə bu xalqa təmanasız ximdət etmiş insanları təhqir etməklə qalmaq istəyir. Ya da ola bilsin ki, bu adamnı psixoloji problemi var. Başqa nə demək olar ki?".

Əli