13:31
910
İki ölkə arasında vacib olan bütün istiqamətləri müzakirə etdik.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün beynəlxalq platformalarda əməkdaşlıq, regional təhlükəsizlik, qlobal çağırışlara cavab müzakirə edilib: “2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları təşkil edib. Bu gün bu potensialın artırılması müzakirə edildi, qarşılıqlı investisiyaların təşviqini həyata keçirə bilmək yollarına toxunuldu”.
Nazir qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq mövcuddur. “Son illərdə Azərbaycan qazının alıcılarının sayı xeyli genişlənib”, - nazir əlavə edib.
Nazir onu da vurğulayıb ki, iki ölkə arasında vacib olan digər sahə “yaşıl enerji”dir sahəsidir”.
XİN rəhbərinin sözlərinə görə, həmkarı Moldova hökumətinin enerji sahəsində yeni layihələrini bölüşüb: “Həmkarımın bu layihələrlə bağlı bizim müvafiq nazirlərlə də görüşü olacaq. Biz Orta Dəhlizin geniş potensialı, Moldova nəqliyyat şirkətlərinin bu layihələrdə iştirakını da müzakirə etdik”.
20:01
301
19:34
504
19:03
854