16:08
595
“Prezident Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən, müşahidəçilərindən və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədikləri fikirlər təkcə real şəraiti əks etdirmir, eyni zamanda nəinki indiki, həmçinin gələcək nəsillərə yol göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
M.Qasımlı söyləyib ki, ilk növbədə, ərazilərimiz Ermənistanın işğalı altından azad edilsə də, sülh müqaviləsi paraflansa da, 30 illik işğalın ağır nəticələrini, Xocalı soyqırımını, tarix və mədəniyyət abidələrimizin, məscidlərimizin, ibadət yerlərimizin vəhşicəsinə dağıdıldığını qətiyyən unutmamalıyıq: “Çünki tarixini unudan, ondan dərs almayan xalq gecənin qaranlığında fırtınalı okeanlarda gecə kompassız üzən gəminin sərnişininə bənzəyər, zamanın qaranlıq sel sularına qərq olmuş kimidir, onu yaxşı gələcək gözləmir. İkincisi, cənab Prezidentin beynəlxalq təşkilatların və bəzi xarici qüvvələrin Azərbaycan əleyhinə olan fəaliyyətləri, ikili standartları və islamofobiya barədə dedikləri xalqımızın yalnız daxili enerjisinə, özünün gücünə arxalanmasının zəruriliyini göstərir. Xalqımızın bu gününün və gələcək hədəflərinə çatmasının təməlində güclü Azərbaycan dövləti, qüdrətli dövlət rəhbəri və xalqımızın dövlətimizin yanında olması dayanır”.
Röya İsrafilova
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA