“Əgər Ermənistan həqiqətən barışığa getmək istəyirsə...” Siyasət

“Əgər Ermənistan həqiqətən barışığa getmək istəyirsə...”

Fikrət Sadıqov: "Gərək ilk növbədə Türkiyəyə qarşı iddialarına son qoysun"


Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə barışıq təklif edib. Türkiyə Sarkisyanın çağırışına hansı cavabı verəcək?
Məsələ ilə bağlı danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Sarkisyanın çağırışı havada asılmış vəziyyətdə qalacaq.
Politoloq deyib ki, əgər Ermənistan həqiqətən barışığa getmək istəyirsə, gərək ilk növbədə Türkiyəyə qarşı iddialarına son qoysun.
Politoloqun sözlərinə görə, Ermənistan isə bu iddialara son qoymur, əksinə onlar hələ də gündəmdədir: "Ermənilər gərək 1915-ci il hadisələrini dünya miqyasında soyqırım kimi yaymasınlar və bu məsələyə nöqtə qoysunlar. Digər tərəfdən Türkiyə Azərbaycanı maraqlarını nəzərə alaraq, Ermənistanla diplomatik münasibətləri kəsib və sərhədləri bağlayıb. Hesab edirəm ki, bu məsələlər ilk növbədə Ermənistan tərəfindən nəzərə alınmalı və güzəştlər edilməlidir".
F. Sadıqov sonda əlavə edib ki, kiminsə xoşuna gəlmək naminə çağırışlar etmək siyasi maraqlara cavablara vermir və reallıqdan uzaqdır: "Bunlar popolist çağırışlardır və arxasında heç nə dayanmır".