“ABŞ-ın nüvə sazişindən çıxması regionda qarşıdurmanı gücləndirəcək” Siyasət
- 11 May 2018 17:16
- 462
ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxmaq qərarını daxili və xarici təzyiqlərə görə verib. Belə ki, bu gün Ağ Evdə Tehrana qarşı sərt tədbirlərin görülməsinə tərəf çıxanlar üstünlük təşkil edir".
Bunu "Report"a rusiyalı hərbi ekspert Yuri Lyamin ABŞ prezidenti Donald Trampın Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaqla bağlı qərarını şərh edərkən bildirib.
"ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxacağı gözlənilirdi, buna həm daxili, həm də xarici səbəblər təsir edirdi. Üstəlik, həm Trampın özü, həm də Respublikaçılar Partiyasındakı nüfuzlu qüvvələr prezident seçkilərindən əvvəl də BHFP-ni sərt şəkildə tənqid edirdi", - Yuri Lyamin xatırladıb.
Onun sözlərinə görə, ABŞ-da Prezident Administrasiyasında son bir ildə baş verən kadr dəyişiklikləri hazırda orada İrana qarşı sərt tədbirlərin görülməsinə tərəf çıxanların üstünlük təşkil etməsi ilə nəticələnib: "Bundan başqa, ABŞ hazırda Yaxın Şərqdəki siyasətini oradakı əsas müttəfiqlərinin - İsrail və Səudiyyə Ərəbistanının tam sərəncamına verib. Onlar da İranın əsas regional rəqibləridir və BHFP-nin əleyhinə idilər".
ABŞ-ın nüvə sazişindən çıxmasının mümkün təsiriləri, Yaxın Şərq və İrana yeni sanksiyaların tətbiqinin təsiri barədə danışan Yuri Lyamin bildirib ki, İran prezidenti Həsən Ruhani hazırda ABŞ olmasa da, sazişin qalıqlarını saxlamaq üçün çalışır: "Problem ondadır ki, ABŞ-ın İran banklarına, neft sənayesinə və s. qarşı yenidən tətbiq etdiyi sektoral sanksiyalar yenidən xarici şirkətləri, o cümlədən Avropa şirkətlərini İranla işləməkdən çəkindirəcək. Çünki onların ABŞ ilə çox sıx əlaqələri var. Belə olan halda, Avropa İttifaqının İranla ticarət əlaqələrini əvvəlki səviyyədə saxlaması mümkün olmayacaq".
Onun fikrincə, İran BHFP-nin şərtlərinə əməl etməkdən fayda gəlmədiyini görərsə, əvvəlki həcmdə uranın zənginləşdirilməsini bərpa edə bilər və bu, istər-istəməz ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfdən yeni təhdidlərə səbəb olacaq: "Beləliklə, ABŞ-ın nüvə sazişindən çıxması regionda qarşıdurmanın güclənməsinə doğru aparır".
O qeyd edib ki, ABŞ-ın sanksiyaları yenidən bərpa etməsi İranda iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxaracaq.

-
Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
-
Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher
-
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı
-
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
-
Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
-
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
-
Zaxarova Alen Simonyana cavab verib
-
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
-
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
-
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
-
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldılıb
-
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
-
Komitə sədri GMİ sədri ilə görüşüb
-
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
-
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
-
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
-
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
-
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
-
Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
-
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib
-
Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
-
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi
-
“İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil”- MÜSİAD sədri
-
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
-
Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
-
İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar
-
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
-
Tbilisi Fransanı qeyri-obyektivlikdə günahlandırıb
-
Şimali İraqda 32 PKK terrorçusu zərərsizləşdirilib
-
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
-
Londonun Aİ-dən fərqli olaraq öz qlobal siyasi hədəfləri var
-
Komitə sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndədi ilə görüşüb
-
Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb
-
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb
-
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
-
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
-
Komitə sədri türkiyəli nümayəndə heyəti ilə görüşüb
-
Milli Şura sədri “xalqın səsi” rolunda - düşmən kimi iddialar...
-
Kreml Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib
-
DGK Tovuzda keçirilən əməliyyat xəbərlərinə aydınlıq gətirdi
-
Norveçdən olan səyyahlar Kəlbəcər və Laçına səfər ediblər - FOTO
-
YAP Xətai rayon təşkilatının 8 Noyabr prospekti 159 ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və müavin seçilib - FOTO
-
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb
-
"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib
-
Azərbaycanda “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi hazırlanıb
-
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
-
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
-
AFFA “Qarabağ”la “Neftçi”ni cərimələdi
-
Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar var
-
Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür - Cəlil Xəlilov
-
Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib
-
Müdafiə nazirinin müavini İrana getdi
-
Azərbaycanda narkotikdən əziyyət çəkən şəxslərin sayı açıqlandı
-
UNESCO nümayəndəsi: Azərbaycandakı mina problemi haqqında Avropada demək olar ki, məlumat yoxdur
-
Kobaxidze: ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
-
Bu ilin sonuna qədər Ağdamın üç kəndinə köçürüləcək ailələrin sayı açıqlandı
-
Media reytinq gətirməyən məlumatları verməkdə maraqlı deyil - Elşad Hacəyev