“Paşinyan administrasiyası peşəkar fəaliyyət göstərmir“ Siyasət

“Paşinyan administrasiyası peşəkar fəaliyyət göstərmir“

"Paşinyan administrasiyasının qeyri-peşəkar fəaliyyət göstərməsi erməni-rus münasibətlərindəki gərginliyi daha da dərinləşdirir".
Bu barədə MDB ölkələri institutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirib.
Onun sözlərinə görə, münasibətlərin gərginləşməsi Ermənistanda qərar qəbul edən məmurlar arasında qeyri-komponentlikdir.
"Onlar KTMT-nin mövcud müəyyən qaydalar əsasında fəaliyyət göstərdiyini başa düşmək istəmirlər. Bilmirəm niyə, amma İrəvanda belə bir fikir formalaşıb ki, sanki KTMT-nin vəzifəsi xüsusi olaraq Ermənistan üçün hazırlanıbr, lakin bu reallığa cavab vermir. Bu rotasiya qaydasında ötürülən vəzifədir. KTMT baş katibinin seçimi bütün üzv dövlətlərin dəstəyi ilə seçilməlidir. Çox parodoksal bir vəziyyət yaranıb. İlk növbədə bu işdə başda Qazaxıstan tərəfindən ciddi manelərə rast gəlməyinə baxmayaraq, Ermənistan nümayəndəsinin seçilməsi üçün Rusiya böyük səy göstərdi. Rusiya digər üzv dövlətlərin Yuri Xaçaturovun seçilməsinə dəstək vermələrinə nail oldu", - deyə o qeyd edib.
Rusiyalı ekspert bildirir ki, Yuri Xaçaturov ətrafında aparılan hüquqi fəaliyyət Rusiyanı çıxılmaz vəziyyətə salıb.
"Rəsmi qaydada Ermənistan Xaçaturovu bu vəzifədən geri çağırmalı sonra hüquqi tədbirlər görməli idi. Lakin KTMT-nin baş katibini cinayət məsuliyyətinə cəlb etməklə şok yaşatdı. Hesab edin ki, NATO-nun baş katibini həbs ediblər, təsəvvür edirsiz? Siyasi bir blokun baş katibini müttəfiqlərə heç bir məsləhətləşmə aparmadan həbs etmək nə deməkdir, təsəvvür edirsiniz? Belə bir tələskənlik niyə lazım idi, belə məlum olur ki, qərar verən şəxslər KTMT qaydalarını nizamnaməsini bilmirlər, öyrənməyiblər.
Ermənistan öz vətəndaşına qarşı cinayət işi aça bilər, ancaq burada söhbət siyasi blokun rəhbərinə qarşı tədbir görülməsindən gedir, ən azı bir müttəfiq kimi Rusiya tərəfi ilə məsləhətləşə bilərdilər. Məsələn, Robert Koçaryan da həbs edilib, amma Rusiya buna qarşı heç bir reaksiya vermir. Məslən, Avrasiya iqtisadi əməkdaşlıq təşkilatında da Ermənistan nümayəndəsi var. Sabah ona qarşı da korrupsiya ittihamı irəli sürülə bilər, belə çıxır ki, AİƏT korrupsiyaya bulaşıb.
Rusiya Xaçaturovun həbsinə qarşı deyil, sadəcə xatırlatmaq istəyir ki, böyük bir siyasi blokun rəhbərinə qarşı başqa cür davranılmalı, onu geri çağırmalı, məsləhətləşmələr keçirməlidirlər, o cümlədən qaydalara uyğun hərəkət etməli olduğunu xatırlatmağa çalışır. Eyni hal 102-ci hərbi bazaya, məhdudiyyətlər qoyulması faktına da aiddir. Ermənistanın hər hansı narazılığı varsa bunu müzakirə etmək olar. Rusiya bundan imtina etmir, lakin baş verənlərin ictimailəşdirilməsinin nə mənası var", - deyə ekspert mövcud Paşinyan hazkimiyyətinin doğru mövqedə olmadığını vurğulayıb.
Yevseyev, rus-erməni münasibətlərinin gələcəyinin hazırda Ermənistan hakimiyyətinin atacağı real addımlardan asılı olduğunu deyib: "Biz tvitterdən xəbərlər oxumaq niyyətində deyilik. Rusiya ilə Ermənistanın münasibətləri tvitter səviyyəsində yox, daha yaxındır. Rusiya qarşılıqlı etimad üzərində fəaliyyətə üstünlük verir. Bunun nəticəsi isə Lavrovun verdiyi bəyanat idi. Həm xarici işlər nazirliyi, həm də müdafiə nazirlikləri səviyyəsində gərginliyi azaltmaq üçün addımlar atılmasına zərurət var.
Mövcud problemləri müzakirə etmək və sonra hərbi bazanın statusunun dəyişməyəcəyini, sərhədçilərin qalacağı barədə açıq şəkildə rəsmi siyasi açıqlama vermək lazımdır. Paşinyan administrasiyası peşəkar fəaliyyət göstərmir. Nəticədə erməni-rus münasibətlərinin gərginləşməsi daha da dərinləşir".