“Azərbaycanda çox böyük sosial layihələr həyata keçirilib“ Siyasət

“Azərbaycanda çox böyük sosial layihələr həyata keçirilib“

"İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə sosial proqramlara küllü miqdarda vəsait ayrılıb. Təkcə Çernonıl, Qarabağ müharibəsi, Böyük Vətən Müharibəsi əlillərinə deyil, bütövlükdə cəmiyyətin bütün kateqoriyalarından olan insanlara, vətəndaşlara Prezident çox böyük qayğı göstərib". Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanda çox böyük sosial layihələr həyata keçirilib: "Maddi imkanı olmayan insanlar, ailələr üçün sosial proqramlar həyata keçirilib. Minlərlə insan ehtiyaclarını ödəmək üçün sosial müdafiə naminatı alır. Yəni Azərbaycan sosial proqramların həyata keçirilməsi baxımından post-sovet məkanında, eləcə də Avropada ən öndə gedən ölkələrdən biridir. Azərbaycan yeganə ölkədir ki, burada əlillərə evlər verilir. Bu illər ərzində minlərlə insanı Azərbaycan Prezidenti avtomobillər verib. Yəni əlillər üçün hər cür şərait yaradılır. Hətta elə əlillərimiz var ki, yataq xəstəsi olduğu üçün illərlə evlərində oturublar. Artıq onlarla pulsuz əlil arabaları paylanılıb. Biz əbəs yerə demirik ki, Azərbaycan bu gün dünyanın ən nüfuzlu ölkələrindən biridir".