“Ermənistan diaspordan asılı olan ölkələrdən biridir” Siyasət

“Ermənistan diaspordan asılı olan ölkələrdən biridir”

"Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra uzun müddət idi ki, Avropadan maliyyə yardımı istəyirdi. Düzdür, Avropa Ermənistana cüzi miqdarda maliyyə ayırmışdı. Lakin onun bundan əvvəlki Avropaya səfəri uğursuzluqla nəticələnmişdi. Bu dəfə isə Paşinyanın Almaniya səfəri "Der Spiegel" başda olmaqla ölkə KİV-lərində Ermənistanın mafioz qruplarının Almaniyada qeyri-qanuni olaraq cinayətlərdə günahlandırılması fonunda baş verib".
Bu fikirləri Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Nikol Paşinyanın Almaniya səfərini şərh edərkən deyib.
O bildirib ki, Paşinyan adətən getdiyi bütün ölkələrdə erməni diasporu ilə görüşlər keçirir: "Bu onunla əlaqəlidir ki, Ermənistan bu gün diaspordan olduqca asılı olan ölkələrdən biridir. Diasporun Paşinyanının tərəfində durmağı, yanında yer alması onun üçün idi ki, daxili mübarizədə Paşinyan çox önəmlidir. Əslində hələ ki, Rusiyanı çıxmaq şərti ilə dünyəvi Ermənistan diasporu Paşinyanın yanındadır".
Politoloq qeyd edib ki, Almaniya ümumilikdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişə ilə bağlı Almaniyanın mövqeyi Ermənistanda bəyənilmir: "Paşinyanın son bir neçə gün ərzində, o cümlədən Almaniyada səsləndirdiyi bəyanatlar onun necə ikiüzlü siyasətçi olduğuna dəlalət edir. Paşinyan təbii ki, münaqişə ilə bağlı gah elə, gah belə bəyanatlar verməklə bəzən münaqişənin alovlanmasında maraqlı olduğunu göstərir. Amma odla oynamaq olmaz. Azərbaycan münaqişədə zərərçəkən kimi, hansı ki bu illər ərzində əslində kompromisə getməklə elə Azərbaycan tərəfi məşğul idi. Ermənistan ərazi bütövlüyünü açıq-aşkar şəkildə pozur. Digər tərəfdən BMT-nin qətnamələrini pozur və utanmadan kompromisdən danışır. Ermənistan, yaxud onun dövlət başçısı kompromisdən danışaraq Cənubi Qafqazda vəziyyəti gərginləşdirməklə məşğuldur".