Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
10 May 2019 15:35
959
10 May
"Azərbaycan Qafqazda ən liberal ölkə olsa belə, ermənilər Qarabağa ərazi iddialarından imtina etməyəcəklər və İrəvanın tərəfdarları öz müttəfiqlərinin maraqlarını müdafiə etməyi dayandırmayacaqlar". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Paşinyan özünü sülhə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı faydalı həllinə tərəfdar kimi göstərərək Azərbaycanı aldatdı: “Çoxumuz düşünürdük ki, elə indi də belə hesab edənlər var ki, Paşinyan sülhməramlıdır, Levon Ter-Petrosyanın məlum ideyalarının davamçısıdır. Ancaq baş nazir olan Nikol əslində prezidentlər Köçəryan və Sarqsyandan da böyük separatçı imiş. Hətta Ermənistan Milli Məclisinin deputatı olarkən Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarı olan Georgi Vanyanla tanışlığına son qoydu, halbuki, doxsanıncı illərdən onun ideologiyasını bölüşüb".
E.Şahinoğlu 2019-cu ilin yayını Ermənistanda sosial-iqtisadi gərginlik dövrü kimi proqnozlaşdırır, o vaxta qədər erməni xalqı Paşinyanın vədlərinin həyata keçməsini gözləməkdən yorulacaq. Bu, növbəti lokal hərbi əməliyyatın keçirilməsi üçün münasib vaxt olacaq.