Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
29 Avqust 2019 13:30
2 373
Azərbaycanda radikal dini qruplaşmaya qoşulmaq sırf sosial amillərlə əlaqəli deyil.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayllov seyib.
Onun sözlərinə görə, burada bir çox amillər var: "Bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil. Dini qruplaşmaya qoşulanlar sırasında Fransa, Almaniya və İngiltərə əhalisi də çoxluq təşkil edir. Məgər onlar da kasıbdır? Deməli dini radikalizm təkcə sosial məsələ deyil. Burada sosial məsələlərlə yanaşı, başqa məsələlər də var. Azərbaycanda radikal dini qruplaşmaya qoşulmaq prosesində sosial-iqtisadi problemlərin də rolu var. Amma bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil".
G.İsmayılov deyib ki, son 5 ildə görülən işlər nəticəsində radikal dini qruplaşmalara qoşulanların sayı əhəmiyyətli dərəcədə azalıb: "Biz bu gün həmin qruplaşmaların iqtisadi dayaqlarını ləğv etməyə çalışırıq. Bu gün qətiyyətlə deyə bilərəm ki, həmin radikal qrupların dinamikası həddindən artıq zəifləyib. Burada iqtisadi dayaqların ləğv edilməsi amili da dayanıb, eyni zamanda Suriya məsələsinin həll olunmasının müəyyən təsiri olub. Bir müddət əvvəl bizə belə bir müraciət daxil oldu ki, bir rayondan bu qruplara qoşulanların sayı təxminən 700 civarındadır. Biz məsələni araşdırdıq və həmin qrupa qoşulmağa təsir edən amilləri aradan qaldırdıq. Bu gün onların sayı 70 nəfəri keçmir. Azərbaycanda insanların rifah halı yüksəldikcə bu tendensiya azalır. Bu məsələni təkcə işsizliklə əlaqələndirmək olmaz. Çünki Suriyaya gedənlərin heç də hamısı işsiz deyildi. Sayın azalmasının bir səbəbi də hüquq-mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir".
15 Noyabr 21:25
1 498
15 Noyabr 17:47
1 120
15 Noyabr 17:44
1 099