“Boltonun vəzifədən getməsi...” Siyasət

“Boltonun vəzifədən getməsi...”

Ekspert:”Tramp adminstrasiyasında Rusiyaya güzəstlə yanaşma istəyini daha da gücləndirəcək bir hadisədir”

“Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonu vəzifəsindən çıxarmasının Azərbaycana da bəzi təsirləri ola bilər”. Bunu Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, politoloq Nazim Cəfərsoy deyib. Eskpert bildirib ki, mövcud şəraitdə Cənubi Qafqazda strateji tarazlıgın davamı üçün xüsusilə iki əsas məsələ çox vacibdir: "Bunlardan birincisi Rusiyanın regionda təsir imkanlarını artırmaq və bu çərçivədə Azərbaycanı öz orbitinə daha çox çəkmə cəhdləridir. Bolton Tramp adminstrasiyasında Rusiyanın regionda öz təsir imkanlarını artırmasından ən çox narahat olanlardan idi. Onun getməsi Tramp adminstrasiyasında Rusiyaya güzəstlə yanaşma istəyini daha da gücləndirəcək bir hadisədir. Əgər Tramp Boltonun bu konteksdə yerini dolduracaq təyinat etməsə və siyasi kurs izləməsə bu Kremlinin Azərbaycana təzyiq etmək və bunu Birləşmiş Ştalara qəbul etdirmək imkanlarını artıracaq. İkincisi, Bolton İrana qarşı sərt siyasi kurs tərəfdari idi. Bu da İranın qonşusu olması və Güney Azərbaycan amili səbəbiylə Azərbaycanın strateji önəmini onun gözündə daha çox artirırdı. Bu önəm də Azərbaycana Rusiyanin təzyiqlərinə qarşı Vaşinqtondan nisbətən daha çox dəstək alma imkanı verirdi. Elə Boltonun Qarabağla bağlı nisbətən müsbət mövqeyi onun üçün həm İran barədə Azərbaycanın strateji onəmi ilə, həm də Qarabağın Rusiya üçün Azərbaycana edə biləcəyi ən önəmli təsir vasitəsi olmasi ilə izah edilə bilər. Qeyd edək ki, Trampın son dövrlərdə həm Rusiya, həm də İran mövzusunda nisbətən yumşaq mesajları diqqəti cəlb edir. Bu çərçivədə Tramp Ukrayna problemi davam etməsinə baxmayaraq Rusiyanın G-7-yə qayıtmasına müsbət yanaşdığını bildirməsi və İran prezidenti Həsən Ruhani ilə BMT sessiyasında görüşə biləcəyini ifadə etməsi bu qəbildəndir.Tam da bu mesajlar sonrası Boltonun istefaya göndərilməsi ABŞ-ın Rusiya və İran siyasətində Azərbaycan üçün risqləri artırıcı məqamlar yaradır. Bu risqləri artıran ən mühüm məqam isə zamanlamasıdir. Belə ki, önümüzdəki 1 il ABŞ-da prezident seçkiləri əsas gündəm olacaq. Tramp ikinci dəfə seçilmək üçün onun əsas diqqəti daxili siyasətə yönələcək. Bu da ümumilikdə xarici siyasəti, spesifik olaraq da Qafqaz regionunu müəyyən mənada diqqətdən kənarda və daha aşağı rəsmilərin insafına qalmasi mənasına gəlir. Belə bir zamanda Rusiya və İran mövzusunda daha həssas olan milli təhlükəsizlik müşaviri Azərbaycan üçün daha faydalı olardı.Trampin yeni müşavirinin və digər rəsmilərin bu həsasiyyətə sahip olmasini ümid edək".
Nazim Cəfərsoy hesab edir ki, Rusiya ABŞ-daki prezident seçkiləri prosesini regionda öz təsir imkanlarını daha da artırmaq üçün yeni bir fürsət olaraq istifadə edəcək: "Ancaq ABŞ-ın sərt etirazları ilə qarşılaşmamaq və Rusiya əleydarlığının ABŞ seçki kampaniyasında əsas motivlərdən birinə çevrilməməsi üçün Azərbaycana qarşı nümayişkəranə kəskin təzyiqlər yerinə "hibrid savaş" kimi xarakterizə edilən örtülü fəaliyyətlər və dolaylı təsir imkanlarından daha fəal istifadə edəcək. Eyni formada İran da ABŞ-daki prezident seçkiləri prosesini öz maraqlarına istifadə etmək və Azərbaycanda movqeylərini daha da gücləndirmək üçün fəaliyyətlərini güçləndirəcək. Bu fəaliyyətin ABŞ-daki seçki kampaniyasında İran əleydarlığı formasında istifadə edilməməsi üçün də rəsmi Tehranın Rusiya kimi dolaylı vasitələrdən istifadə edəcəyini düşünürəm. Azərbaycan üçün yuxarıda qeyd etdiyim ABŞ prezident seçkisi prosesi, Rusiya və İranın bu hadisədən faydalanma cəhdlərini daha da risqli hala gətirən həm də 2020-də Azərbaycanda parlament seçkilərinin keçiriləcək olmasıdır. Həm seçki məsələsini özu, həm də yeni parlament seçkisinin Azərbaycan daxili siyasi mühitində dəyişiklik üçün mühüm önəm daşıyacagina dair mövqe və təhlillər nəzərə alındığında 2020 parlament seçkiləri həm də Rusiya və İranın Azərbaycanda fəallaşması üçün yeni mühüm manevr imkanları yaradır. Bütün bu qeyd edilənlər konteksində ciddi calxantılarin olacağı 2020-ci ilin gözlədiyini demək mümkündür".