Məqsədimiz Qarabağın həllini tezləşdirməkdir - Zaxarova Siyasət

Məqsədimiz Qarabağın həllini tezləşdirməkdir - Zaxarova

Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların masaya çıxarılan müddəalarını əsas götürür.
Report xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Biz danışıqların masaya çıxarılan müddəalarını əsas götürürük. Biz tərəflərlə və həmsədrlərlə razılaşdırılmış sənədlərlə işləyirik. ATƏT-in Minsk qrupunun həmsədri olaraq vəzifəmiz bu məsələni həll etmək məqsədinə doğru irəliləyişi mümkün qədər tezləşdirməkdən ibarətdir. Bu işimizi maksimum dərəcədə konstruktiv yerinə yetiririk, başqalarını da bu istiqamətdə konstruktiv işləməyə çağırırıq”, - Rusiyanın XİN rəsmisi qeyd edib.