Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildi
UEFA Avropa Liqası: “Qarabağ”ın növbəti mərhələdə potensial rəqibləri bəlli oldu
Beynəlxalq axtarışda olan şəxs Serbiyada tutularaq Azərbaycana ekstradisiya edilib
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
25 Oktyabr 2019 14:44
1 918
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına müraciətində deyib.
A.Quterreş Azərbaycanı sədrliyi üzərinə götürdüyünə görə təbrik edib. O qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfələr verir.
Baş katib vurğulayıb ki, dünyaya elə şəbəkələr lazımdır ki, orada regional və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərə bilsinlər: "Sabitlik münaqişələrin qarşısının alınması üçün çox vacibdir. Bu gün resurslar uğrunda rəqabət də dünyada qeyri-sabitlik yaradır. Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki, sabitliyi təmin etmək mümkün olsun".