WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
29 Dekabr 2019 15:48
2 093
Parlament seçkilərində iştirak üçün 1808 nəfər müraciət edib. 125 yerə 15 nəfər düşür.
Bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, 350 iddiaçı 18 siyasi partiyanı təmsil edir:
"11 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 1808 nəfərdən 662-nin siyasi mənsubiyəti var. 1447 nəfər fərdi qaydada namizədliyini verib. Namizədliyi irəli sürülənlərdən 1348 nəfər təsdiq edilib. 1142 imza vərəqi götürüb, 159 nəfər artıq imza vərəqlərini qaytarıb. 27 iddiaçı namizəd kimi qeydə alınıb. Onlardan 1-i siyasi partiya üzvüdür. Hesab edirəm ki, qeydə alınma bu günlərdə sürətlə gedəcək. 74 nəfər mübarizəni dayandırıb".