Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək Siyasət

Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək

“Koronavirus yayılan ölkələrdə konsullarımız, diplomatlarımız çox ciddi iş görürlər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında" Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S. Seyidov bildirib ki, koronavirus yayılan ölkələrdə vəziyyət gərgindir, bütün müəssisələr bağlıdır, ancaq bizim səfirliklərimiz, konsulluqlarımız fəaliyyət göstərir: “Özü də onlar tək deyil, ailə üzvləri ilə birlikdə çalışırlar. Ona görə də bu qanun layihəsi diplomatların müxtəlif yerlərdə işləyən ailə üzvlərinə şamil olunur və onlara imkan yaradır ki, olduqları ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilsinlər. Bu gün bu sazişi Ukrayna ilə bağlayırıq. Ancaq hesab edirik ki, bu təcrübəni digər ölkələrlə də tətbiq etmək lazımdır”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.