Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
30 Mart 2020 15:16
2 422
Cənubi Qavqaz ölkələri arasında hazırki pandemiya durumunda ən pis vəziyyət Ermənistandadır. Bəzi mənbələrə əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 500 nəfərdən çoxdur (Rəsmi olaraq 482 nəfərin yoluxduğu bildirilib – red.). İndi Ermənistan hakimiyyətinin iki yolu var: ya zəbt edilmiş torpaqlar Azərbaycana geri qaytarılır və Ermənistan iqtisadi təcriddən azad olunur, ya da Nikol Paşinyan və onun komandası İrəvandan qaçmalı olacaq.
Bu sözləri Axar.az-a siyasi ekspert Zaur Məmmədov deyib. O qeyd edib ki, hazırda Paşinyan Ermənistana maliyyə yardımı üçün öz müttəfiqlərinə yalvarır:
“Onsuz da zəif olan Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən çox ağır durumdadır. Ermənilər anlamağa başlayıblar ki, geci-tezi Bakı torpaqları geri qaytaracaq. İndiki şəraitdə isə ermənilər başa düşür ki, bunu onların özləri, könüllü olaraq etsə, daha yaxşı olar. Sərhədlər açılacaq, iqtisadi əlaqələr yaradılacaq. Biri də var ki, torpaqlar güc yolu ilə geri qaytarılır. Bu halda Azərbaycan bir neçə saat içində Gümrüyə qədər irəliləmək gücünə malik olduğunu sübut edəcək. Bu illüziya deyil”.
Politoloq bildirib ki, Bakının hərb variantına əl atmamasının səbəbi var:
“Bakı fikirləşməyə İrəvana vaxt verir. Paşinyan ermənilər üçün ya qəhrəmana çevrilir və torpaqları könüllü qaytarır, ya da karyerasını didərginliklə davam etdirir”.