ABŞ səfiri Azərbaycanı və onun xalqını təmsil etmir“ Siyasət

ABŞ səfiri Azərbaycanı və onun xalqını təmsil etmir“

Azər Həsrət: "Təəssüf ki, Azərbaycan müxalifətində hələ də bu cür düşünənlər qalmaqdadır"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, ABŞ-ın yeni təyin olunacaq səfirinin fəaliyyətində prioritet istiqamət Azərbaycanda demokratik institutların inkişafına, qanunun aliliyinin təmin olunmasına, demokratik islahatların keçirilməsinə yardım etməyə yönələcək. Qəhrəmanlının fikrincə, təhlükəsizlik və energetika məsələləri ilə bağlı sıralamada bu dəfə prioritetin demokratiyanın inkişafına verilməsi təsadüfi qiymətləndirilməməlidir.
Buna münasibətini açıqlayan siyasi şərhçi Azər Həsrət "bu adamlar hələ də anlamırlar ki, Azərbaycanda istənilən məsələni həll edəcək faktor onun xalqıdır",- deyə diqqətə çatdırdı. Onun sözlərinə görə, ABŞ səfiri Azərbaycanı və onun xalqını təmsil etmir: "Təbii ki, burada hansısa dəyişikliklərə gərək olacağı təqdirdə bu məsələni də o həll etməyəcək. Çox təəssüf edirəm ki, Azərbaycan müxalifətində hələ də bu cür düşünənlər qalmaqdadır".

Əli