Elmar Məmmədyarov Şimali Kipr prezidentilə görüşüb Siyasət

Elmar Məmmədyarov Şimali Kipr prezidentilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşüb.
Görüş əsnasında Dərviş Əroğlu ölkəsindəki mövcud vəziyyət və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.