Pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq - BMT Siyasət

Pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq - BMT

Bu pandemiya ilə mübarizədə biz Azərbaycanla əməkdaşlıq edirik və Azərbaycanın yanındayıq.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, biz Azərbaycana texniki yardım göstəririk və bu sahədə bilikərin artırılmasında dəstək göstəririk: “Biz müxtəlif istiqamətlərdə dövlət strukturlarının biliklərinin artırılmasında iştirak etmişik”.
Q.İsaqzai vurğulayıb ki, pandemiyanın yaratdığı təhlükə bəşəriyyətin üzləşmədiyi ən böyük təhlükədir:
“Bu virusa qarşı mübarizə qlobal həmrəylik və əməkdaşlıq tələb edir, eyni zamanda ölkə daxilində bütün vətəndaşların həmrəylik göstərməsi vacibdir. Hökumətlər cəmiyyətin hər bir üzvünün iştirakı olmadan bu pandemiyaya qalib gəlmək imkanında deyil. Bu virusa qalib gəlmək üçün cəmiyyətin hər bir üzvü öz məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu virusa qalib gəlməsək ölkələrdə iqtisadiyyatın bərpası mümkün olmayacaq”.
Q.İsaqzai vurğulayıb ki, Azərbaycanda sosial-iqtisadi vəziyyətin bərpası ilə bağlı İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparılır.