14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
16 İyul 2020 12:43
2 037
“Bu çox çətin problemdir. Təəssüflər olsun ki, son günlər vəziyyətin daha da gərginləşdiyini görürük. Biz baş verənlərdən çox narahatıq. Rusiya Xarici İşlər Nazirliyi (XİN) artıq tərəfləri atəşkəsə riayət etməyə, danışıqlara başlamağa çağırıb. Təəssüflər olsun ki, sərhəddə toqquşma davam edir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Təhlükəli vəziyyət ondan ibarətdir ki, bu bütün regionun təhlükəsizliyinə təsir edə bilər. Dağlıq Qarabağ ətrafında vəziyyət nizamlanmamış olaraq qalır. Həmsədrlər arasında təmaslar gedir. Ümid edirik ki, həmsədrlərin səyləri nəticə verəcək. İndi ilk növbədə vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.