Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
Kaliforniya vitse-qubernatoru Eleni Kunalakis 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, E.Kunalakis açıqlamada Baş Konsulluğun qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib. O, hər kəsin öz fikrini ifadə etmək azadlığına sahib olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməz olduğunu vurğulayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev E.Kunalakisə sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.
Qeyd edək ki, erməni daşnaklarının Los Ancelesdəki bu zorakılığından sonra baş konsul N.Ağayev bir sıra yerli rəsmiləri bu haqda dərhal məlumatlandıraraq, onları bu zorakılığı pisləməyə çağırmışdı.
2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E.Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb.