
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Özbəkistanın “human.uz” və “interpress” xəbər portallarında cəbhə zonasında son vəziyyətlə əlaqədar materiallar çap olunub.
AZƏRTAC xəbər verir ki, yazılarda Ermənistanın Yevlax rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə kaset bombalarından hücum olunub və raket kəmərin 10 metrliyinə düşüb.
Yazıda qədim Gəncə şəhərinə də kasetli raketin atıldığı bildirilir.
“Interpress.uz” portalı Ermənistanın münaqişəyə PKK terrorçularını, həmçinin Suriya və İraqdan olan muzdluları cəlb etdiyini yazır. Bildirilir ki, Azərbaycanın xüsusi xidmət orqanları PKK terrorçularının danışıqlarının səs yazısını əldə edib. Onların danışıqlarında Azərbaycanın güclü ordusu olduğu, Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlardan səmərəli istifadə etdiyi, erməni tərəfdən çox sayda ölənin olduğu bildirilir.
Məqalələrdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı, Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini azad etməsi barədə məlumatlar da verilir.