İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır Siyasət

İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır

İran Azərbaycanla Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə bağlı tez bir zamanda danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hidroqovşaqlardan istifadə ilə bağlı hər hansı dəyişiklik yeni siyasi razılaşmanı tələb edir.

İraqçı əlavə edib ki, İran Azərbaycanla Xudafərin və Qız Qalası hidroqovşaqlarının inşa edilməsi və istifadə edilməsinə dair sazişə sadiqdir.

Nazir müavini dost, qonşu İran və Azərbaycanın çoxlu ortaq dəyərlərə sahib olduğunu deyib.