Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
3 Noyabr 2020 10:45
1 771
Hadisələrin gedişatı onu göstərir ki, Dağlıq Qarabağdakı dinc əhali erməni ordusuna, erməni əsgərinə qarşı duracaq. Bir sözlə, Ermənistanı acı bir aqibət gözləyir.
Bunu Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası bu ölkəyə böyük fəlakət gətirib:
"Onlar Qafqazda sabitliyi pozmaqda davam edirlər. Mən inanmıram ki, belə bir hökumət o cür dağıntılara, qanunsuzluqlara, vəhşiliklərə yol verdiyi üçün Ermənistanın idarəetmə strukturunda öz siyasi mövqeyini qoruyub saxlaya bilsin. Dağlıq Qarabağda Azərbaycanın qələbəsi tam təmin olunacaq və bu, Ermənistanda Paşinyan rejiminin bütünlüklə çökməsinə səbəb olacaq. Erməni xalqı da ayılıb öz həyatını yenidən qurmağa məcbur olacaq".
27 Mart 16:52
1 337
27 Mart 11:53
1 575
27 Mart 11:39
1 694