MM-in Komitə sədri: “Qarabağın işğaldan azad edilməsi onun resurslarını istismar edən Ermənistana çox böyük iqtisadi zərbədir” Siyasət
- 1 Dekabr 2020 15:03
- 1 694
“Qarabağın işğaldan azad edilməsi onun resurslarını istismar edən Ermənistan üçün çox böyük iqtisadi zərbədir”.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır: “Ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb. Bu ilin yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib. Milli valyuta olan dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır. Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var. Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub”.
Deputat nəzərə çatdırıb ki, İkinci Qarabağ Müharibəsinin nəticələri Ermənistan üçün ümumiyyətlə, fəlakətlidir: “Belə ki, Ermənistanda 10 ən iri vergiödəyici arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Fizuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdi.
Ermənistanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi Laçındadır. Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib.
Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki ermənilər Hadrut, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan məhrum oldular. Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi. “Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kəndsə erməni işğalından qurtulub.
Ermənistanı çox ciddi iqtisadi fəlakət gözləyir. Bundan isə onları kimsə xilas edə bilməyəcək”.
- 14:16
- 0
- 14:15
- 70
- 13:20
- 329
-
“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”
-
“Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir” - Qüdrət Həsənquliyev
-
Xəzərdə yaradılacaq süni torpaqlarda tikinti işlərinə icazə veriləcək
-
Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq
-
Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?
-
İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb
-
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
-
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - ƏMR
-
ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil - ŞƏRH
-
Sülhməramlıların ərazilərimizi daha tez tərk etməsini şərtləndirən amillər var idi - Deputat
-
Bu şəxslər 1500 manat cərimələnəcək
-
Bu halda ipotekaya xitam veriləcək
-
Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
-
Kimlərin maaşları artırılacaq? - Dəyişiklik QƏBUL EDİLDİ
-
Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Yeni qayda təsdiq edildi
-
Qərbin "erməni yalanları" çox tez faş oldu
-
Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq - Qanuna dəyişiklik
-
İzmirdə güclü zəlzələ oldu
-
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
-
Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verib
-
Binəqədidə kafedə iki nəfəri öldürən şəxsin məhkəməsi başlayır
-
İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər
-
Azərbaycan və Finlandiya nümayəndələri COP29-a hazırlığı müzakirə ediblər
-
Taksilər cərimə meydançasına aparılır? - AÇIQLAMA
-
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular tapılıb
-
Auditlərin sayı və əhatə dairəsinin artması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var - Komitə sədri
-
“Dövlət başçısının siyasətini dərk edən hər bir şəxs...”
-
İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib
-
Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək
-
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Kənan Bağırov
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
-
“Yarımçıq tikililər narahatlıq yaradır”
-
“Yarımçıq tikililər həm də ona görə var ki...”
-
Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq
-
“Əksər dövlət qurumlarının təkribində tikinti şöbələri var
-
İsrail İrana raket zərbəsi endirdiyini təsdiqlədi
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
KİV: İranın İsrailə qarşı dərhal cavab tədbirləri görmək planı yoxdur
-
Bu gün yenidən mitinq olacaq
-
“Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”
-
Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib
-
“Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən məyus olublar”
-
“Bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var”
-
FHN: Ötən sutka 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib
-
“Rusiya sülməramlılarının Qarabağdan çıxarılması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir”
-
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
-
BDU tələbəsinin meyiti tapıldı
-
Təbrizdə güclü partlayış səsləri eşidilib
-
Güneyli aktivist məzuniyyətə göndərilib
-
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib - FOTO
-
Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
-
“Bütövlüyün rəmzi Cənab Prezident İlham Əliyevdir”
-
“Bu, Amerikanın riyakarlığının göstəricisidir”
-
“Deputatların sayı 151-ə qaldırılmalı, nazirliklərin sayı 11-ə endirilməlidir” - MÜSAHİBƏ
-
“Fransa bölgəni yenidən qarşıdurma mərkəzinə çevirməyə çalışır”
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
-
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
-
Paşinyan Azərbaycan sərhədini pozmamaq üçün Tavuşa helikopterdə gəlib
-
786 gündə Rusiyanın Ukraynada itirdiyi - Rəqəmlər
-
Rusiya Ukraynanı atəşə tutub