24 Dekabr 2020 18:08
2 541
Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, münaqişənin həlli ən vacib nailiyyətlərdən biri olub:
"Burada Rusiyanın rolu aşkardır. Möcüzə ilə reallıq arasında vacib bir seqment var: iş. Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatının arxasında nəhəng iş dayanır və bu sənədin reallaşması bu işlə bağlıdır. Bundan sonra da qarşıda kompleks işlər dayanır. Sülh olanda, çox şeyə nail olmaq olar".
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA