30 Dekabr 2020 22:21
5 250
Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram."
20:41
630
20:16
420
20:16
399