Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
16 Fevral 2021 14:28
1 806
Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik.
Bunu Prezident İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik".