“Bakı Marafonu 2026” ilə əlaqədar 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu birgə proqram hazırlayacaq
Hikmət Hacıyev: Azərbaycan WUF13-də öz unikal təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək
Zahid Oruc: ”Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”
Rəsmi Bakı: Azərbaycan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri bundan sonra da davam edəcək
26 Fevral 2021 14:31
2 149
Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında İrandan iştirak edən jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib.
Trend-in məlumatına görə, dövlət başçısı bildirib: “Siz bunu sual formasında verə bilərsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakı ilə bağlı hesabatlar, məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.
Daha sonra jurnalist sualın səhv anlaşıldığını və əslində, digər terrorçu qruplar (İŞİD) haqqında sual ünvanladığını bildirib.
18:06
161
18:05
231
17:44
427