9 Mart 2021 11:09
3 038
Hərbçilərə ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılması təklif olunur.
APA-nın xəbərinə görə, bu təkliflə Azərbaycan İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində çıxış edib.
Ombudsman hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılmasımı təklif edir.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA