Hökumət Milli Məclisdə hesabat verəcək Siyasət

Hökumət Milli Məclisdə hesabat verəcək

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası martın 14-də keçiriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatı dinləniləcək.
Hesabatı parlamentdə baş nazir Artur Rasizadə təqdim edəcək. Hesabat ətrafında müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.