Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
13 Aprel 2021 12:03
2 240
“Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, sosial şəraitlə əlaqədar insanlar yaşadığı yerləri tərk edir: “Bakıya girəndə Sulutpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır. Bunu dəyişməliyik. Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.
25 Oktyabr 22:16
1 589
25 Oktyabr 15:27
1 589
25 Oktyabr 10:20
1 680