Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Siyasət
- 21 Aprel 2021 17:42
- 2 996
Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov aprelin 21-də Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Eldar İbrahimov ölkəmizin Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. O, ölkələrimiz və xalqlarımız arasında tarixi dostluğun ulu öndər Heydər Əliyevin dövründən başlayaraq daha da genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yüksəksəviyyəli münasibətlər əməkdaşlığımızın inkişafına mühüm töhfələr verir.
Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva arasında bu yaxınlarda keçirilən görüşü xatırladan Eldar İbrahimov iki ölkənin qanunverici orqanlarının əlaqələrindən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən söz açıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən danışan Eldar İbrahimov işğaldan azad olunmuş ərazilərimizdəki erməni vandalizminin ağır nəticələrindən bəhs edib.
Görüşə görə minnətdarlığını bildirən Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini deyib. O, Azərbaycanın BMT qətnamələrinə və beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb.
Söhbət zamanı özbəkistanlı diplomat ölkələrimiz arasında ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini açıqlayıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ziyad Səmədzadə, Cavanşir Paşazadə və Elman Nəsirov çıxış edərək müharibənin başa çatması ilə regionda sülhün və təhlükəsizliyin bərqərar olmasından, yeni əməkdaşlıq imkanlarının yaranmasından, Azərbaycan-Özbəkistan əlaqələrinin müsbət tendensiyalarından, mövcud potensialından, inkişaf perspektivlərindən bəhs ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək
-
Rusiya XİN: Ukraynada F16-ları nüvə daşıyıcısı kimi qəbul edəcəyik
-
Faktiki hava açıqlandı
-
Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir
-
Şahdağa qar yağıb - FAKTİKİ HAVA
-
Ermənistan və Macarıstan səfirliklərin açılması barədə razılığa gəlib
-
Bakıda güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib
-
Sərnişin müdaxilə etdi, qatarın qapısında nasazlıq yarandı
-
AİB-in illik toplantısı gələn il İtaliyada keçiriləcək - FOTO
-
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
-
Füzuliyə gedən ABŞ səfiri dağıntıların miqyasından təsirlənib
-
Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 64% artıb
-
Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir
-
Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH
-
Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
-
Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır
-
Bakı dünyanın "İdman Paytaxtı” seçildi
-
“Təpə Nənə” ritualı keçirilib
-
Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi cəhdi Qərbin çeşidli planlarındandır - Sahil Kərimli
-
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
-
Türkiyə konsulunu öldürən "ASALA" üzvü də Tavuşda etirazçılara qoşulub
-
Avropa Komissiyası: Çindən gələn elektrik avtomobilləri və polad Aİ bazarını ələ keçirib
-
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırıldı
-
Səudiyyəli turistləri Azərbaycana rahatlıq axtarışı gətirir - Bəs biz bu ölkəyə ən çox niyə gedirik?
-
“Telegram”da fişinq mənbələrinin sayı artıb
-
“Türkiyə Qəzza imtahanından üzüağ çıxan dövlətdir”-Ərdoğan
-
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
-
Güneyli müğənninin mənzilində axtarış aparılıb
-
Türkiyədə betonqarışdıran maşın mikroavtobusa çırpılıb, 8 nəfər ölüb
-
“Növbəti istiqamət Xankəndi olacaq”
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
“Bu səfər Dövlət Departamentinin təlimatı ilə reallaşıb”
-
“Bunu Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar”
-
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşdü
-
Xətai rayonunun məktəbliləri arasında şahmat turniri keçirilib - FOTO
-
Medvedev: Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək
-
Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
-
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünün gündəliyi açıqlandı
-
Almaniya Moskvadakı səfirini geri çağırır
-
Şuşada olmaqdan xoşbəxtəm - ABŞ səfiri (VİDEO
-
ABŞ səfiri Füzuliyə səfər edəcək
-
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılması iqtisadiyyata nə verəcək? - ŞƏRH
-
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
-
Keniyada daşqınlar: 228 nəfər həyatını itirib
-
Qubadlıda sümük qalıqları aşkar edilib
-
Qəzzada istifadəyə yararlı bina qalmayıb
-
Rafael Qrossi İrana səfər edib
-
Urmu gölünün durumu ağır olaraq qalmağa davam edir
-
ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşüb
-
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
-
“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb
-
Yusuf Yazıcı Avropanın önəmli klubunun transfer siyahısında
-
Simonyan Zaxarovanın sözlərini şərh edib: Ermənistan artıq Rusiyaya cavab verib
-
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
-
Mustafa Sarıgüldən 2028 açıqlaması
-
İsraildən təxliyə qərarı
-
Naftalanda ev yandı