“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
28 Aprel 2021 14:40
3 955
Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri məhz Böyük Qayıdışın təməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev "Real İntervyu"da qonaq olarkən deyib.
A.Nağıyev bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, böyük qayıdışın təməli qoyuldu. Təbii ki, Cocuq Mərcanlı məsələsində artıq birinci təməl qoyulmuşdu. Lakin Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri məhz Böyük Qayıdışın təməli idi.
Deputat qeyd edib ki, bir sıra kəndlərdə açılışların edilməsi, infrastrukturların təməlinin qoyulması doğrudan da Böyük Qayıdış üçün atılan ilkin addımlardır: "Hətta Cəbrayılın giriş lövhəsi işğaldan əvvəlki vəziyyətində necə idisə, elə də bərpa edilib. Bu, həm dünyaya, həm də mənfur qonşularımıza mesajdır ki, müharibə aparmaq bacarığımız olduğu kimi, eyni zamanda, infrastrukturun yenidən qurulması və sülhün bərqərar olunması da bizim üçün çox mühüm məsələdir".