Keçmiş XİN başçısı: "Problemin həlli heç vaxt indi olduğu kimi çıxılmaz vəziyyətə düşməyib"
Ermənistanın sabiq xarici işlər naziri, "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyanı şərh edib.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə keçmiş nazir bildirib ki, Qarabağ probleminin həlli heç vaxt indi olduğu kimi çıxılmaz vəziyyətə düşməyib.
Vardan Oskanyan qeyd edib ki, Ermənistanın İranla proqramları kağız üzərində qalır. Deputat vurğulayıb ki, Ermənistan Rusiyanın hörmətini, Qərbin isə etibarını itirib və vəziyyətdən təkcə çıxış yolu hakimiyyətin dəyişməsidir.
Keçmiş XİN başçısı söyləyib ki, Ermənistan həll olunmamış və daha da dərinə gedən problemlərlə 2015-ci ilə daxil oldu.