Hikmət Babaoğlu: Azərbaycan həqiqətləri hər platformada diqqətə çatdırılmalıdır
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB1
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
17 İyun 2021 11:06
3 969
Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir.
Bunu Trend-ə pakistanlı ekspert Xalid Taymur Əkrəm deyib.
O, bu nəhəng əməkdaşlıq təşəbbüsünü qiymətləndirdiyini bildirib:
"Bu, digər ölkələrin əməkdaşlığı üçün fundamental əsas yaradır və daha geniş regional inteqrasiyaya xidmət edir".
Ekspertin sözlərinə görə, Şuşa Bəyannaməsini nəzərdən keçirərkən aydın olur ki, bu sənəd ərazi bütövlüyü, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək siyasəti və qarşılıqlı hörmət prinsiplərini əhatə edir:
"Bu aspektlər ümumi məqsədlərə nail olmaq üçün siyasi və diplomatik münasibətlərin möhkəmlənməsi üçün vacibdir. Bu sənəd hərbi təhlükəsizlik tələblərinin və potensialının restrukturizasiyası və modernləşdirilməsi üzrə səylərin fəallaşdırılmasına yönəlib"
Pakistanlı ekspert bildirib ki, Türkiyə Azərbaycanın müttəfiqi olmaqla onu hər şəkildə dəstəkləyir: "Türkiyənin İkinci Qarabağ müharibəsi dövründə siyasi dəstəyi xüsusi tərifə layiqdir. Pakistan da Azərbaycan və Türkiyənin müttəfiqidir və onlara istənilən milli və beynəlxalq platformada dəstək göstərir".
18:46
546
17:24
525
16:46
749