Rusiyadan Azərbaycana ləğvedicilər gəlib, "Rus Evi"nin ləğvi başa çatıb
Nazir: Hərbi təlimlərin Azərbaycanda keçirilməsi bütün TDT üzvlərinin maraqlarına uyğundur
XİN rəhbəri: Azərbaycan hər zaman milli maraqlarımıza uyğun addımlar atacaq
Bu gün Azərbaycanın 14 ölkənin enerji təhlükəsizliyində payı var
1 Oktyabr 2021 14:48
3 290
Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.