14 Oktyabr 2021 13:37
2 674
Oktyabrın 13-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderləri arasında keçirilmiş görüş Cənubi Qafqazda ümumi mühitin sağlamlaşdırılmasına xidmət edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinq zamanı deyib.
O bildirib ki, bu, ilk görüş olmayıb: "Dini liderlər arasında təmaslar onilliklər ərzində dəstəklənir. Onlar öz etimadlılığı ilə fərqlənir. Əlbəttə, biz görürük ki, bu, unikal formadır və konfessiyalararası qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Oktyabrın 13-də Moskvada keçirilmiş görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazda ümumi mühitin sağlamlaşdırılmasına xidmət edəcək".
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA