"Xalis sıfıra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda onlayn konfrans keçirilib Siyasət

"Xalis sıfıra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda onlayn konfrans keçirilib

Bu gün Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) təşkilatının iqlim dəyişikliyinə həsr olunan "Xalis sıfıra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda xüsusi onlayn konfransı keçirilib. Konfrans çərçivəsində 2 sessiyada məruzələr olub.
1-ci sessiyada "Xalis sıfır"a çatmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dəstəklənməsi, 2-ci sessiyada isə "Xalis sıfır"a çatmaq üçün siyasi partiyaların regional və qlobal fəaliyyətlərinin gücləndirilməsi mövzuları müzakirə olunub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İqlim dəyişmələri ilə mübarizədə dövlət-özəl sektor arasında tərəfdaşlığın rolu” mövzusunda çıxış edib.

Cavid