12 Yanvar 2022 12:38
2 856
Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cənab H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
20 Mart 19:24
3 780
20 Mart 09:57
1 813
20 Mart 09:51
1 645