Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ukrayna - Rusiya fırtınasından Azərbaycana yaranan unikal fürsətlər! "Dərin təhlil"

Ukrayna - Rusiya fırtınasından Azərbaycana yaranan unikal fürsətlər! "Dərin təhlil" - VİDEO Siyasət

Ukrayna - Rusiya fırtınasından Azərbaycana yaranan unikal fürsətlər! "Dərin təhlil" - VİDEO

Ukrayna - Rusiya fırtınasından Azərbaycana yaranan unikal fürsətlər! "Dərin təhlil"

İki slavyan dövləti arasındakı fırtına Azərbaycan üçün "İkinci Qarabağ pəncərəsi" açır

Hazırda “TV Musavat”ın efirində “Dərin təhlil” verilişinin 11-ci buraxılışı canlı yayınlanır.

Mövzumuz hazırda dünya gündəminin əsas məsələsi hesab olunan Ukrayna-Rusiya münasibətləridir. Bu münasibətlər günlərdir ki, çox gərgindir, hətta o həddə çatıb ki, planetin qlobal tv-ləri, media quruluşları, böyük güclər və böyük adamlar gözlənilən müharibədən danışırlar, hansı gün başlayacağını iddia kimi, irəli sürürlər. Ukrayna-Rusiya münaqişəsi həm də Qərb-Rusiya münaqişəsinə dönüb. Bu mövzu bizi və qardaşımız Türkiyəni də əlaqədar edir. Məhz bu səbəbdən ona xüsusi diqqət göstəririk. Ukrayna mövzusu Azərbycan ictimaiyyəti üçün də əsas mövzulardandır və ölkə insanının diqqəti hazırda bu mövzuya kilidlənib. Hətta bəzən bizə - media mənsublarına elə gəlir ki, Ukrayna-Rusiya münasibətləri Qarabağ və Ermənistanla sərhədlərdəki gərginlik mövzularını müvəqqəti də olsa, kənara atıb. Əslində isə, Ukrayna sərhədlərində aparılan müharibə elə Qarabağ müharibəsinin uzantısı kimi qiymətləndirilə bilər...

Belə bir vəziyyətdə, Rusiyanın bu münaqişəyə daha dərindən batması, bundan əvvəl isə Qazaxıstanda baş verən hadisələr Azərbaycana həm Avrasiya İtiifaqı istiqamətindəki təzyiqlərdən yayınmağa, manevrlər etməyə fürsət yaradır, həm də Rusiyanın Güney Qafqazdakı, Qarabağdakı iddialarını, davranışlarını zəiflədir. Rusiyanın MDB məkanında hegomoniyası zəiflədilir və bu da bizi cəsarətləndirir. Üstəlik, yaranmış durum Rusiyanı bizim strateji müttəfiqimiz Türkiyədən bir qədər asılı vəziyyətə gətirir. NATO ölkəsi olan Türkiyə elə ustalıqla manevr edir ki, hazırda həm Qərb, həm Ukrayna, həm də Rusiya üçün "açar dövlət"dir. Məlum olduğu kimi, hazırda Rusiya dünya çapında təklənmiş vəziyyətdədir. Kimsə onu açıq şəkildə dəstəkləmir. Lakin Azərbaycan-Türkiyə tandemi hazırda Rusiya üçün ən nəzakətli davranışı sərgiləməkdədir. Əvvəllər Rusiya bizə vasitəçilik təklif edərdi. İndi biz - Azərbaycan-Türkiyə tandemi iki slavyan ölkəsinə - Rusiyaya və Ukraynaya vasitəçilik təklif edirik. Bu, gözəl gəlişmədir. Rusiyalı politoloq Qriqori Trofimçuk yaranmış bu situasiyanı ''İkinci Qarabağ pəncərəsi'' adlandırır.

Sitat: "Qarabağ ətrafında ilk hərbi eskalasiya danışıqlardakı uzun fasilədən sonra - 2014-cü ilin avqustunda baş verdi. Krımın yenidən tabeçiliyindən dərhal sonra Donbassın dağılması başladı. Bunun üst-üstə düşməsi təsadüfi deyil, çünki Moskvanın belə bir addımından sonra Azərbaycan üçün də geniş pəncərə açıldı. Sadə, yazılmamış qaydaya görə, "sizə olarsa, onda biz niyə olmaz?!"

Bu düstura əsasən, eləcə də Rusiya-Ukraynanın gələcək deqradasiyası fonunda Azərbaycanın onun üçün açılan ikinci tarixi “pəncərə”dən yaxşı istifadə edə biləcəyini gözləmək lazımdır. Çox güman ki, bunu edə bilər. Demarkasiyalarla bağlı bütün darıxdırıcı sualları bağlamaq üçün. O zaman bu proses kimsənin eyninə olmayacaq. Əgər bu alınarsa, ikinci pəncərə açılarsa, o zaman Azərbaycan indi bu mövzuda danışıqları Rusiya platformasında deyil, Türkiyə üzərindən aparacaq".

Bu mövzunu və ölkə gündəmindəki digər məsələləri müzakirə etmək üçün verilişimizin formatına uyğun olaraq, yenə üç qiymətli soydaşımızı studiyamıza dəvət etmişik.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun təqdimatında baş tutan verilişin qonaqları YAP-ın idarə heyətinin üzvü, deputat Hikmət Babaoğlu, Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallıdır.

Verilişdə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib efirə qoşulun.