KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə Layihə

KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə

I yazı

Bu yazıda KİV-in millətlərarası məsələlərlə bağlı məlumatlandırma, maarifləndirmə, problemlərin həlli yolları ilə bağlı danışılır. Araşdırmaçı İlham Mazanlı bildirir ki, kütləvi informasiya vasitələri kütləvi şüuru formalaşdırır, milli və beynəlxalq münasibətlərdə (o cümlədən, digər məsələlərdə) toplanılmış praktik təcrübənin dərk edilməsi, cəmiyyətin demokratikləşməsi, hüquqi dövlətin əsaslarının yaradılması prosesində iştirak edilməsi, eyni zamanda elmi biliklərin, elmi informasiyanın, yeni nəzəri axtarışların, millətlərarası və dövlətlərarası münasibətlərdə siyasi islahatların aparılması məqsədi ilə əsaslı metodoloji yanaşmaların tətbiqi vasitəsilə yeni təfəkkürün formalaşmasına təsir göstərir: "Ümumiyyətlə, istimai həyatın bütün sahələrində əhəmiyyətli nailiyyətlərin əldə olunması KİV-in cəmiyyətdəki problemlər barədə tam, obyektiv və səriştəli məlumat verməsindən, geniş auditoriyaya səmərəli təsir forma və metodları axtarmasından, həqiqəti əks etdirməsindən olduqca asılıdır.
Müasir şəraitdə yeni elektron, xüsusilə də rəqəm və nano informasiya texnologiyalarının imkanları, onların daha keyfiyyətli jurnalist məhsullarının yaradılması prosesində istifadə olunması istənilən cəmiyyətin inkişaf istiqamətlərinin və həyatın özünün xarakterinin müəyyən olunmasına ciddi təsir göstərir. Məhz belə bir şəraitdə cəmiyyətlə kütləvi informsiya vasitələri arasındakı qarşılıqlı münasibət, KİV-in cəmiyyətdən, hakimiyyətdən və yaxud demokratik status imicinə nail olmaq istəyən dövlətdən nə dərəcədə asılılığı və ya azadlığı məsələləri daha mühüm əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələri cəmiyyətin həyatına və bütün fəaliyyət sahələrinə, o sümlədən, milli siyasətin hazırlanmasına və həyata keçirilməsinə birbaşa nüfuz etmək imkanına malikdir. Kütləvi informsiya vasitələri cəmiyyətdə reproduktiv (siyasətin elektron KİV-lər – radio, televiziya, internet, mobil telefon və s. istənilən elektron informasiya daşıyan və yayan vasitə ilə əks olunması) və produktiv (yaradısı) funksiyaları yerinə yetirir və bununla da cəmiyyətin milli və beynəlxalq həyat məsələlərini də özündə ehtiva edən siyasi həyatında mühüm rol oynayır, həm də buna uyğun olaraq cəmiyyətdə baş verən proseslərə görə məsuliyyət daşıyırlar. KİV-in cəmiyyətin siyasi həyatına nüfuzu bir proses kimi olduqca çoxşaxəlidir. KİV cəmiyyətin həyatında kütləvi kommunikasiyanın həm bütöv, həm də bir tərkib hissəsi kimi müxtəlif sosial-siyasi rol oynaya bilir, bəziləri isə tipik sosial-siyasi situasiyaların sayından asılı olaraq, xüsusi ictimai əhəmiyyətə malik olurlar. Kütləvi informasiya vasitələri cəmiyyətdə təşkilatçı, səfərbəredici, birləşdirici, təkmilləşdirici, maarifləndirici və s. funksiyaları yerinə yetirir. KIV bütövlükdə cəmiyyətin həyatına, ayrı-ayrılıqda isə heç bir fərq qoymadan onun bütün üzvlərinin sosial-siyasi, psixoloji və mənəvi simasına bilavasitə böyük təsir göstərir. Bu, ilk növbədə onunla izah olunur ki, KİV-lə yayılan hər bir yeni informasiya özündə siyasi məzmun, yönüm və dəyərləri daşıyır, həmçinin uzun müddət insanların şüurunda yaşayır. Böhran dövrlərində, xüsusilə də millətlərarası və dövlətlərarası münasibətlərin gərginləşməsi, sosial narahatlıq şəraitində insanlar təlqinə və təsirə xüsusilə tez məruz qalır, müxtəlif yeni ideya və stimula əks-səda verir, "informasiya hücumuna" daha tez təslim olurlar. Təcrübə göstərir ki, milliyyətindən, dinindən, hər hansı bir korporativ qrupa mənsub olmasından asılı olmayaraq, insanlar KİV-in bəzi ideya və çağırışları ətrafında daha tez cəmləşirlər. KIV insanları birləşdirir, milli səviyyədə vahid dəyər və rəmzlərin hazırlanmasını və onlara inamın artmasını tezləşdirir, ümumi "axına" yönəldir. Beynəlxalq təsrübə, xüsusilə də XX əsrin sonlarında postsovet və Şərqi Avropa regionunda baş vermiş məlum hadisələr göstərib ki, bu prosesi kütləvi informasiya vasitələri özləri yaradır və özləri də onu qlobal səviyyəyə qaldırırlar. Əgər KIV-in müasir dövrdə rolunun getdikcə daha da artdığını nəzərə alsaq, KİV-in sözügedən sahədə fəaliyyətinin, xüsusilə də onun millətlərarası və ya müxtəlif insan birlikləri, ya da dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi və stabilləşdirilməsi faktoru kimi müəyyən edilməsinin və sistemləşdirilməsinin aktuallığı və əhəmiyyəti heç bir şübhə doğurmur".
Araşdırmaçı bildirir, XX əsrin sonlarında bu səpkidən olan konfliktlərin sərgisində Dağlıq Qarabağ və onun ətrafında baş vermiş, Azərbaysan və Ermənistan arasındakı münasibətləri sonuna qədər gərginləşdirmiş və tarıma çəkmiş, dünya istimaiyyətinin və bir sıra güclü dövlətlərin (xüsusilə də regionda geosiyasi marağı olan) diqqətini regiona səlb etmiş, həmçinin bəzi postsovet ölkələrində istənilən an özünəxas detonator rolunu oynaya biləsək hadisələr (Rusiyanın Abxaziyanın və Sənubi Osetiyanın müstəqilliyini tanıması, Ukrayna hadisələri zamanı Krıma hərbi kontingent yeritməsi və Krımı öz tərkibinə qatması bu ehtimalı daha real edir) xüsusi yer tutur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir tərəfdən özündə millətlərarası və dövlətlərarası münasibətlərin ümumi problemlərini cəmləşdirsə də, digər tərəfdən bu münaqişə özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, həmişə cəmiyyətdə "inqilabi yüksəliş və kardinal dəyişikliklər" baş verdiyi dövrlərdə "Dağlıq Qarabağ haqqında məsələ" qaldırılıb. Dağlıq Qarabağ ətrafında yaradılmış situasiyanın qeyri-adiliyi özünü problemin süni yaradılması və qızışdırılmasında, millətçi və separatçı qüvvələr tərəfindən əvvəlcədən verilmiş parametrlərə uyğun olaraq gərginliyin artırılmasında büruzə verirdi. Problemin gedişinin davamlı olaraq uzadılması da bu münaqişənin xarakterik xüsusiyyətlərindəndir. Zənnimizcə, bu baxımdan da KIV-in fəaliyyətlinin araşdırılması qanunauyğun elmi maraq doğurur. Yuxarıda deyilənlərdən obyektiv olaraq belə bir nəticəyə gəlmək olur ki, fərqli sistemlərdə belə, millətlərarası və dövlətlərarası münasibətlərin KİV-də işıqlandırılması təcrübəsinin öyrənilməsi hər zaman faydalıdır və bu, aşağıda göstərilən obyektiv səbəblərlə izah olunur:
- millətlərarası və dövlətlərarası münasibətlərin KİV-də işıqlandırılması sahəsində tarixi təsrübənin öyrənilməsinin vacibliyi;
- millətlərarası və dövlətlərarası münasibətlər probleminə, xüsusilə də hüquqi, demokratik dövlətin əsaslarının yaranmasına yeni yanaşmanın formalaşmasında kütləvi informasiya vasitələrinin rolunun artması;
- postsovet regionunun bəzi dövlətləri və kütləvi informasiya vasitələri arasında millətlərarası münasibətlərin mürəkkəbləşməsi nəticəsində yaranmış sosial-siyasi gərginliyin aradan qaldırılması;
- milli regionlarda yaranmış münaqişə şəraitində KIV-in fəaliyyətinin kompleks halda araşdırılması;
- bu problematikanın yalnız tarixilik və ya müasir dövrün hərtərəfli təhlili baxımından deyil, eyni zamanda, kütləvi informasiya vasitələrinin millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi fəaliyyətlərinin optimallaşdırılması yollarının araşdırılması.
Ümumiyyətlə, indiyədək KİV-in fəaliyyətinin araşdırılması məqsədi ilə müxtəlif istiqamətlərdə çoxsaylı tədqiqat işləri aparılıb. Lakin XX əsrin son onilliklərində xeyli empirik material toplanılsa da, bu problem üzrə elmi publikasiyalar sırf ümumi nəzəri xarakter daşıyır və onların əksəriyyəti kommunist ideologiyası çərçivəsində hazırlanıb. Bu məqalələrdə KİV-in fəaliyyət problemləri bir qayda olaraq, ümumi siyasi prosesin tərkib hissəsi kimi deyil, onun illüstrativ hissəsi kimi nəzərdən keçirilir. Aydındır ki, bu sür yanaşmalar yaşarlı ola bilirlər. Hətta müxtəlif növ elmi invektivlərin sübut olunmasında kifayət qədər inandırısı arqument rolunu oynaya bilsələr də, KİV-in fəaliyyətinin "sistemdaxili" təhlili üçün o qədər də yararlı ola bilmirlər. Bu problem Azərbaycan elminin və jurnalistikasının da daxil olduğu sovet elminin müxtəlif sahələrini - siyasi fəlsəfə, politologiya, sosiologiya, o sümlədən KİV-in sosiologiyası, filologiya və s. sahələri təmsil edən alimlər tərəfindən nəzərdən keçirilib. Ancaq təəssüflə qeyd olunmalıdır ki, bu problem nə sovet, nə də Azərbaysan jurnalistikasında son vaxtlaradək konseptual şəkildə araşdırılmayıb. Yalnız 1980-1990-cı illərdə aparılmış bəzi tədqiqat işlərində milli münasibətlər probleminin SSRİ-nin reallıqları ilə sıx əlaqəli şəkildə araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Artıq bu reallıqlar müəyyən dərəsədə keçmişdə qalsa da və ya özünü başqa bir formada büruzə versə də, bu problemin tədqiqində yalnız o dövrün nəzəri və praktik elmi nəticələrinin əldə rəhbər tutulması məqbul sayıla bilməz".
Sovet cəmiyyətində həyatın beynəlmiləlləşdirilməsinin qanunauyğunluğu problemini araşdıran tədqiqatçılar millətlərin və xalqların inkişafının və yaxınlaşmalarının ideoloji təminatı sistemində kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qeyd edirlər: "Bəzi tədqiqatçıların əsərlərində kütləvi informasiya vasitələrinin SSRİ-də yaşayan xalqların həyatında milli ilə beynəlmiləlin dərinləşməsinə, millətlərarası ünsiyyət proseslərinə birbaşa təsirinin müxtəlif aspektləri, şəxsiyyətin hərtərəfli və harmonik inkişafında KİV-in artan təsiri öz əksini tapırdı. Bəzi tədqiqatçılar isə xüsusi olaraq, kütləvi informasiya vasitələrinin milli siyasət sahəsindəki fəaliyyətini, KİV-in beynəlmiləlçilik funksiyasının formalaşması və təkmilləşdirilməsi prosesini təhlil etmiş, insanların beynəlmiləlçilik ruhunda tərbiyə olunmasında KİV-in rolu və fəaliyyəti problemlərini araşdırıblar. Bir sıra alimlər isə tədqiqat obyekti kimi sosialist xalq və millətlərinin iqtisadi birliklərinin möhkəmləndirilməsi sahəsində mətbuatın, televiziya və radionun fəaliyyəti məsələlərini seçmişlər. Bəzi elmi işlər isə xalqların mənəvi inkşafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi, beynəlxalq mədəniyyətin bərqərar olması prosesində kütləvi informasiya vasitələrinin yeri və rolu problemlərinə həsr olunub".

Uğur