Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib
Türkiyə PA Şişlidə Heydər Əliyev parkı ilə bağlı yayılan iddiaları təkzib edib
Zelenski danışıqlar üçün yenidən Moskvaya getməyə qarşı çıxıb
Ötən ay “Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı 64% artıb
9 Dekabr 2024 14:16
2 744
Gələn il pensiyanın minimum məbləği artacaq.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.
Musa Quliyev pensiyaların sığorta hissəsinin artacağını da bildirib: “Gələn ilin əvvəlində bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 % artacaq”.
Komitə sədri qeyd edib ki, DSMF-nin və İSF-nin büdcəsində gələn il üçün artımlar var: “Gələn il üçün olan artımlar imkan verəcək ki, bizim sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız, şəhid ailələrimiz və qazilərimizin daha çox sosial rifahları təmin olunsun. İSF-nin gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək”.