Cənubi Koreya səfirini Kiyevdən geri çağırır Dünya

Cənubi Koreya səfirini Kiyevdən geri çağırır

Cənubi Koreya hakimiyyəti Ukraynadakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı Xarici İşlər Nazirliyinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

"Hakimiyyət orqanları səfirin Ukraynadan Seula geri çağırılması barədə qərar qəbul edib", - deyə Cənubi Koreya XİN-dən bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin əsir götürülmüş iki şimali koreyalı əsgərin Seula təhvil verilməsini ictimaiyyətə açıqlamasından sonra Cənubi Koreya Ukraynadan rəsmi üzrxahlıq və izahat tələb edib. KİV qeyd edir ki, tərəflər ilkin olaraq bu mövzunu ictimai şəkildə şərh etməmək barədə razılığa gəlmişdilər.

Məryəm Quliyeva