“Traktorsazi” klubu erməni futbolçunu qovdu Güney Azərbaycan

“Traktorsazi” klubu erməni futbolçunu qovdu

"Traktorsazi" klubu erməni əsilli futbolçusu Andranik Teymuryanla yollarını ayırıb. 32 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Qətərdə davam etdirəcək.
O, yüksək liqada çıxış edən "Umm Salal" klubu ilə müqavilə imzalayıb. Həmin klubun baş məşqçisi hazırda "Qarabağ"da çıxış edən İlqar Qurbanov və Rəşad Sadıqovla Türkiyənin "Sivasspor" və "Eskişəhərspor" komandalarında birgə çalışmış Bülent Uyğundur. 44 yaşlı mütəxəssis "Umm Salal"a 2013-cü ildən rəhbərlik edir.
Qeyd edək ki, Andranik Teymuryan "Traktorsazi" klubunda ilk dəfə 2010-2011-ci illərdə çıxış edib. Teymuryan azərbaycanlıların kompakt yaşadığı Təbrizin komandasına bu ilin yanvarında yenidən qayıdıb. O, ötən mövsümün son turunda "Naft Tahran"la qarşılaşmada qırmızı vərəqə alaraq, komandasının çempionluğu əldən verməsinin səbəbkarlarından olub.